28/12/2018
14:33
9074
| A A A
Messi Ronaldonun təklifinə "yox" dedi

Barcelona-nın futbolçusu Lionel Messi Juventus-un hücumçusu Kriştiano Ronaldonun onu İtaliyada futbol oynamağa dəvət etməsinə cavab verib.

Goal.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinə müsahibəsində Messi, dəyişikliyə ehtiyacının olmadığını deyib:

“Ronaldonun İtaliyaya dəvətini qəbul etməkmi? Mənim hansısa dəyişikliyə ehtiyacım yoxdur. Onsuz da, dünyanın ən güclü komandasındayam. Qarşıma hədəflər qoymaq üçün komandamı və ya liqanı dəyişdirməyə ehtiyacım yoxdur. Hazırda evimdəyəm və dəyişikliyə ehtiyacım olduğunu düşünmürəm”.

Ronaldo bir müddət əvvəl açıqlama verərək, Messini İtaliyada futbol oynamağa dəvət etmişdi.