11/01/2019
12:52
5233
| A A A
Mourinyo keçmiş klublarında işləmək istəyir

Joze Mourinyo İnter və ya Real-a dönmək arzusunu gizlətməyib.

Goal.az xəbər verir ki, portuqaliyalı bundan qürur duyacağını deyib. “Yenidən bu klublarda işləməkdən qürur duyardım. Məşqçi əvvəlki komandasına dönə bilirsə, deməli həmin klub üçün nəsə edib. Xidməti xatırlanır. Chelsea-ya dönəndə bunu hiss etdim. Amma indi jurnalistlərdən başqa heç kimlə danışmıram. Hələlik dincəlirəm. Son illər baş verənləri analiz edirəm. Bəzən özümü tənqid edirəm. Eyni zamanda karyeramı yenidən qurmaq barədə düşünürəm”, - çalışdırıcı deyib.

Xatırladaq ki, Mourinyo karyerası ərzində İnter, Chelsea, Real və Manchester United-i çalışdırıb. Manchester klubundan ötən ilin dekabrında ayrılıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14474 səs