11/01/2019
14:30
1955
| A A A
Qurban Qurbanov: "Beşiktaş-a azarkeşlik edirəm"
"Komandamla maraqlandığınız üçün sizə təşəkkür edirəm. Bildiyimə görə üç aydı fəaliyyətə başlamısınız. Sizə uğurlar arzulayıram. Özümüzə gəldikdə, düzdür, ardıcıl 5 dəfə çempion olduq. Bu isə bizim üçün asan olmadı. Avropa arenalarında Qarabağ-ı daha yaxşı tanıdılar. Bu da məsuliyyətimizi artırdı. Çalışacağıq ki, daha güclü komanda yaradaq və qarşıdakı illərdə uğurlarımız daha çox olsun". 
Goal.az xəbər verir ki, bu sözləri Türkiyənin "Haber Global" telekanalına müsahibəsində Qarabağ-ın baş məşqçisi baş məqşçisi Qurban Qurbanov deyib.
Kanalın əməkdaşları Antalyada təlim-məşq toplanışında olan Qarabağ-ı ziyarət edib. Telekanal baş məqşçidən müsahibə alıb. Qurbanov şəxsi karyerası ilə hədəflərindən danışıb: "Konkret bir məqsədim yoxdu. Ancaq əlbəttə ki, hər il daha çox çalışmaq, uğurlu nəticə əldə etmək istəyirəm. Hansı komandada işləyirəmsə, o komanda üçün bacardığımdan da artığını etmək istəyirəm".
Baş məşqçi "Coğrafi cəhətdən də yaxın olan iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasında futbolçu transferi çox olmur. Sizcə, bunun səbəbi nədi" sualına belə cavab verib: "Bu, bizim üçün böyük bir problemdi. Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədi. Amma çox istərdim ki, oyunçularımız Türkiyə Super Liqasında çıxış etsinlər. Çünki Super Liqa bizim çempionatdan daha üstündü. Düşünürəm ki, zaman ehtiyac var".
Türkiyə Super Liqasını izlədiyini bildirən Qurbanov azarkeşlik etdiyi komandanı da açıqlayıb: "Çox oyuna baxıram. Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, bütün oyunlarına baxıram. Klublardan Beşiktaş-a azarkeşlik edirəm. Ancaq avrokubok oyunlarında hər birinə bizim öz komandamız kimi azarkeşlik edirik".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15039 səs