12/01/2019
16:19
888
| A A A
Buffon PSG-də qalmaq istəyir

PSG-nin qapıçısı Canluici Buffon karyerasını bitirmək barədə düşünmür.

Goal.az xəbər verir ki, 41 yaşlı qolkiper hazırkı klubunda ən azı bir il daha oynamaq istədiyini söyləyib.

O, Paris təmsilçisinin qəbul edəcəyi təqdirdə, bu istəyin reallaşa biləcəyini deyib.

Qeyd edək ki, Canluici Buffon bu mövsüm PSG-nin heyətində 8 oyunda meydanda olub. Uzun müddət İtaliya millisinin də şərəfini qorumuş təcrübəli oyunçu 2018-ci ilin yayında Juventus-dan Fransa təmsilçisinə keçib və klubla 1+1 illik müqavilə imzalayıb.