14/01/2019
15:52
13686
| A A A
"Zidan Real-dan Ronaldoya görə ayrılıb"

Real-ın keçmiş prezidenti Ramon Kalderon Zinəddin Zidanın “kral klubu”ndan ayrılma səbəbini açıqlayıb.

Goal.az İspaniya mətbautına istinadən xəbər verir ki, Kalderon fransız mütəxəssisin klubdan ayrılması ilə bağlı bunları deyib:

“Zidan Kriştiano Ronaldonun qalmasını, Qaret Beylin isə satılmasını istəyirdi. Rəhbərlik isə bunun tam əksi olan bir qərar qəbul etdi. Zidan Beylin gedişindən sonra bir neçə futbolçunun transfer edilməsini də istəyirdi. Ancaq istədikləri olmadı və klubdan ayrıldı. Zidanın haqlı olduğu sonradan ortaya çıxdı”.

Zidan 2016-2018-ci illər aralığında Real-ı çalışdırıb. 2018-ci ildə Çempionlar Liqasını qazandıqdan 5 gün sonra vəzifəsindən istefa verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8056 səs