06/02/2019
12:47
6062
| A A A
Beyl Zidanı danışdırmır

Madrid Real-ının forvardı klubun eks-baş məşqçisi Zinəddin Zidanla münasibətindən danışıb.

Goal.az xəbər verir ki, futbolçu əlaqəsinin olmadığını deyib. “Əvvəllər münasibətlərimiz normal idi. Dost olduğumuzu deməzdim. Çempionlar Liqasının finlından sonra heç danışmamışıq. Finalda start heyətində mənə yer vermədiyi üçün incimişdim. Bunu gizlətmirəm. Həmin vaxt yaxşı formada idim. Son 4 matçda 5 qol vurmuşdum. Düşünürdüm ki, start heyətində yer almaq haqqımdır. Amma Zidan bunu etmədi. Matçın son 30 dəqiqəsində meydanda oldum. Komandam üçün nəsə etmək istəyirdim. Əsas odur ki, mükafatın qazanılmasında payım oldu”, - Beyl bildirib.

Xatırladaq ki, ÇL-nin 2017/18 mövsümünün Liverpool-la final matçında (3:1) Zidan Beyli start heyətinə salmamışdı. 61-ci dəqiqədə meydana çıxan forvard 2 qol vurmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs