11/02/2019
11:27
6321
| A A A
Qvardiola Sarridən danışdı

Manchester City-nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, insanlar Chelsea-nın çalışdırıcısı Maurisio Sarrini başa düşmür.

Goal.az xəbər verir ki, Qvardiola fikirlərini London klubu üzərində darmadağından (6:0) sonra bölüşüb.
“Oyundan sonra Sarri mənim əlimi sıxmadı. Bunu şişirtməyə ehtiyac yoxdur. Biz dostuq. Aramızda problem yoxdur. Onun nə hiss etdiyini yaxşı bilirəm. Təəssüf ki, insanlar Sarrinin ideyasını başa düşmür. Elə bilirlər ki, hər şeyi çox rahat şəkildə yoluna qoymaq mümkündür: yeni məşqçi gəldi, bir neçə futbolçu aldı, vəssalam, problemlər çözüldü. Belə deyil. Məşqçiyə inamdan və klubun sahibindən çox şey asılıdır. Manchester City-nin prezidenti məni yaxşı başa düşür. İndiyədək “qalib gələndə yaxşısan, uduzanda pis” ifadəsini eşitməmişəm. Çünki mənə inanırlar. Bu cür münasibət Sarriyə göstərilsə, Chelsea-da problem qalmaz”,- Qvardiola bildirib.
 
Sarri isə oyunsonrası açıqlamasında paltardəyişmə otağına gedərkən Qvardiolanı görmədiyi üçün onunla görüşmədiyini bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs