11/02/2019
12:22
5343
| A A A
Valverde narahatdır
Barcelona-nın baş məşqçisi Ernesto Valverde İspaniya çempionatının 23-cü turunda Atletico ilə oyunu (0:0) şərh edib.
Goal.az xəbər verir ki, çalışdırıcı komandasının yorğun olduğunu deyib. “Ağır oyun oldu. Xüsusilə birinci yarıda əziyyət çəkdik. Daha sürətli matç gözləyirdik. Əslində komandam yorğundur. Gərgin həftə keçirdik. Amma bu bizə bəraət qazandıra bilməz. Qalib gələndə yorğunluq yaddan çıxır. İkinci yarıda rəqibin xeyli imkanı oldu. Biz qol vəziyyəti yarada bilmədik. Messi əla vəziyyətdədir. İnamlı oynadı.Ötən həftə turnir cədvəlindı birinci yerdəydik. Yerimizi qoruduq. Məncə, gələn həftə də liderliyimiz davam edəcək. Sonrasını bilmirəm. Belə getsə, mövqeyimizi itirəcəyik”, - Valverde deyib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8796 səs