11/02/2019
15:33
3923
| A A A
İkardinin həyat yoldaşı klubdan narazıdır

İnter-in hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara futbolçu ilə bağlı yayılan şayiələrdən narahat olduğunu bildirib.

Goal.az xəbər verir ki, Vanda İnter-in biganəliyindən gileylənib. “Mauro ilə bağlı çirkin iftiralar səngimir. Klub onu müdafiə etməlidir. Təəəssüf ki, bunu etmir. İnter bizim üçün prioritetdir. Müqavilənin artırılmasını tələb etmirəm. Biz tələsmirik. İkardinin indiki sövdələşməsi iki ildən sonra bitir. Qərarımızı müddət başa çatandan sonra verəcəyik”,- agent bildirib.

Əvvəllər İkardinin Real və Atletico-nun maraq dairəsində olduğu deyilirdi. 25 yaşlı forvarda cari mövsüm A seriyasında keçirdiyi 20 matçda 9 qol vurub, 2 qol ötürməsi verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22178 səs