12/02/2019
12:37
1191
| A A A
Sulşer futbolçularına güvənir

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer ÇL-nin 1/8 finalında PSG matçını səbirsizliklə gözlədiyini deyib.

Goal.az xəbər verir ki, mütəxəssis matçın hər iki klub üçün önəmli olduğunu bildirib. “Hamı bu oyunu gözləyir. Azarkeşlər, futbolçular üçün böyük futbol bayramı olacaq. Sonuncu dəfə biz “Old Trafford”da Roma-nı 7:1 hesablı məğlub etmişdik. Həmin oyunda mən də iştirak edirdim. Səfərdə isə uduzduq - 1:2. Məşqçimiz nəticədən razı qalmışdı. PSG matçında eyni şeyi yenidən yaşaya bilərik. Futbolçularım inamlı oynayacaq. Buna əminəm. Həm də gücümüzə bələdəm. Bu matç klublar üçün önəmlidir”, - məşqçi bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
8188 səs