12/02/2019
14:16
1340
| A A A
Mourinyo Skoulzu tənqid etmək üçün fürsət gözləyir?

Oldham Ahtletic-in baş məşqçisi Pol Skoulz hesab edir ki, Joze Mourinyo onun klubdakı işini diqqətlə izləyəcək.

Goal.az xəbər verir ki, Mourinyo Manchester United-də işləyəndə Skoulzun müntəzəm tənqidi ilə üzləşirdi. "Karyeramda ilk dəfə baş məşqçi kimi fəaliyətə başlamışam. Düşünürəm ki, Joze məni izləyəcək. Oyunlarımıza baxacağına əmin deyiləm. Amma tənqid üçün bəhanə tapacağına əminəm. Fürsət gözləyir. Narahat deyiləm. Tənqiddən qorxmuram. Tez-tez məğlub olsaq, insanlar buna rəy bildirəcəklər. Heç kimi susdurmaq olmaz. Hesabat verəcəyim yeganə insan klubun sahibidir. Futbolçu kimi qazandığım təcrübə məşqçilik fəaliyyətimdə özünü göstərəcək”, - Skoulz deyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
8188 səs