12/02/2019
15:32
2278
| A A A
“Zidanın ayrılığından şok yaşadım” - Marselo

Real-ın braziliyalı müdafiəçisi Marselo Zinəddin Zidanın klubdan ayrılmasına münasibət bildirib.

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, Marselo ayrılığın onun üçün gözlənilməz olduğunu deyib.

“Heç birimiz Zidanın baş məşqçi postundan gedəcəyini bilmirdik. Mənim üçün gözlənilməz oldu. Şok yaşadım. Ötən il həyatımın ən acı xəbəri bu oldu. Zidanla münasibətim əla idi. Hər gün danışırdıq. Məni müdafiə edirdi. Onun xətrinə klub üçün canımı qoyurdum. Hətta zədəli halda mübarizə aparmaqdan çəkinmirdim. Zidanın klubda qalması üçün heç nəyimi əsirgəməzdim”,- müdafiəçi bildirib.

Marselonun Juventus-a gedəcəyi deyilir. Turinlilərin hücumçusu Kriştiano Ronalda braziliyalı dostunu yanına gətirmək niyyəyindədir. Marselonun yayda Real-dan ayrılacagı gözlənilir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9490 səs