14/03/2019
12:50
1876
| A A A
"Mənə elə gəldi ki, bizi qəsdən cəzalandırdılar”-Lyon prezidenti

Lyon prezidenti Jan-Mişel Olas komandasının ÇL-nin 1/8 final mərhələsində Barcelona-ya böyükhesablı (1:5) məğlubiyyətinə münasibət bildirib.

Goal.az xəbər verir ki, prezident hakimin penalti qərarından narazı qaldığını deyib.

“Birinci yarı bizim üçün çox çətin keçdi. Rəqibin topa nəzarət etməsi və hakim səhvi oyununu taleyini həll etdi. Düzdür, Barcelona yaxşı oynadı. Lakin darmadağın edəcək qədər güclü deyildi. Qapımıza penalti təyin olunmasına təəccübləndim. Gözlənilməz qərar idi. Məhz penaltidən sonra Lyon özünü tam itirdi. Mənə elə gəldi ki, bizi qəsdən cəzalandırdılar. VAR bizim əleyhimizə işlədi. Videotəkrar matçın nəticəsinə təsir etməməlidir”, - klub prezidenti vurğulayıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs