14/03/2019
21:22
3130
| A A A
“Messi ilə fəxr edirik, amma Ronaldo vəhşidir, üstəlik, cadugərdir” - Maradona

Argentina futbolunun əfsanəsi Dieqo Maradona Juventus-un futbolçusu Kriştiano Ronaldo barədə danışıb.

Goal.az xəbər verir ki, Ronaldonun ÇL-in 1/8 finalında Atletico ilə cavab qarşılaşmasında göstərdiyi oyun Maradonanı heyrətləndirib. O, portuqaliyalı haqda danışarkən, həmyerlisi Messini də yada salıb:

"Elə futbolçular var ki, onlar sehrli çubuğa toxunublar. Bu, həqiqətdir. Biz argentinalılar Messi ilə fəxr edirik. Sevinirik ki, o, İspaniya yox, Argentina yığmasında oynayır.

Ancaq Ronaldo vəhşidir, təmiz gücdür, üstəlik, cadugərdir. Demişdi ki, 3 qol vuracağam. Dedi və yerinə də yetirdi”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs