15/03/2019
11:29
1845
| A A A
Emeri Çempionlar Liqası arzusunda

Arsenal-ın baş məşqçisi Unai Emeri Avropa Liqasının 1/8 finalının cavab matçında Renn üzərində qələbəni (3:0) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasını Çempionlar Liqasında görmək istədiyini deyib.

“Matç çətin olmadı. Futbolçularım qələbəyə köklənmişdi. Növbəti mərhələyə çıxmaq şansını əldən vermək olmazdı. Ümid edirəm ki, 1/4 final da uğurlu olacaq. İngiltərədə 6 komanda ilk “4-lük” uğrunda yarışır. Bu baxımdan burada Çempionlar Liqasına düşmək çətindir. Avropa Liqasında qələbə bizə ÇL-də yarışmaq imkanı verəcək. Daha güclü klublarla qarşılaşmaqdan çəkinmirik”, - Emeri qeyd edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16322 səs