15/03/2019
11:50
1713
| A A A
Sarri Napoli-ni finalda görmək istəyir
Chelsea-nın baş məşqçisi Maurisio Sarri Avropa Liqasının finalında Napoli ilə qarşılaşmaq istədiyini deyib.
Goal.az xəbər verir ki, çalışdırıcı finala qədər sabiq klubu ilə qarşılaşmayacağına ümid edir.
“Keçmiş klubumun uğurlarına sevinirəm. Neapolla məni çox şey bağlayır. Bu şəhərdə oynamaq mənim üçün mənəvi cəhətdən çətin olar. Napoli ilə həlledici matçda qarşılaşmaq ürəyimcə olar. Bunun üçün Chelsea finala yüksəlməlidir. Əminəm ki, belə olacaq”,- Sarri deyib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16310 səs