15/03/2019
15:47
1447
| A A A
“Niyə belə etdiyini bilmirəm”- Oldham-ın sahibi

Oldham-ın sahibi Abdalla Lemsaqam klubun baş məşqçisi Pol Skoulzun istefasına münasibət bildirib.

Goal.az xəbər verir ki, o, istefadan təəccübləndiyini deyib. “İki həftə idi Dubayda rahat şəkildə dincəlirdim. Arxayın idim ki, Skoulz komandanın yanındadır. Birdən-birə istefa verməsinə təəccübləndim. Niyə belə etdiyini bilmirəm. Onu bu addımı atmağa nə vadar edib, xəbərim yoxdur. Nədən narazı qaldığını mənə deməli idi. Problemi həll edə bilərdim. Məşqçilik çətin peşədir. Bunu başa düşürəm. Polu həmişə dəstəkləmişəm. Onunla işləmək istəyirdik. Bizə şans vermədi”,- prezident bildirib.

Qeyd edək ki, Pol Skoulz cəmi bir ay klubu çalışdırıb. 7 oyunda 1 qələbə əldə edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2986 səs