24/03/2019
14:29
4448
| A A A
“Çempion olsalar, 10-15 il danışarlar”- Runi

Hazırda ABŞ-ın DC United klubunda forma geyinən Ueyn Runi, İngiltərə Premyer Liqasındakı çempionluq yarışı haqda danışıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, bir zamanlar Manchester United-in formasını geyinən Runi, Manchester City-nin çempion olmasını istədiyini deyib:

“Ümid edirəm ki, Manchester City çempionluq yarışında Liverpool--dan üstün olar. Liverpool çempion olarsa, necə məyus olacağımı xəyal edə bilmirəm. Bu, hər Everton azarkeşi üçün kabusdur. Liverpool 2005-ci ildə Çempionlar Liqasını qazandı və hələ də onu danışırlar. İndi də çempion olsalar, 10-15 il danışarlar”.

Karyerasına Everton-da başlayan Ueyn Runi, 2004-2017-ci illər aralığında Manchester United-in formasını geyinib. İngiltərə millisinin sabiq hücumçusu 2017/18 mövsümündə Everton-da çıxış edib.

Runi 2018-ci ilin yayında MLS təmsilçisi DC United klubuna keçib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15675 səs