24/03/2019
16:30
7376
| A A A
Hazard Real Madrid-ə keçidi haqda açıqlama verib

Chelsea-nin belçikalı yarımmüdafiəçisi Eden Hazard Real Madrid-ə mümkün keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Goal.az xəbər verir ki, o bunların hamısının sadəcə şayiə olduğu dilə gətirib.

Forvardın İngiltərə komandası ilə cari müqaviləsi bu mövsümün sonunda bitir. KİV-in yazdığına görə, Belçika milli komandasının yarımmüdafiəçisi üçün əsas iddiaçı, ona 65 milyon avro təklif etməyə hazır olan İspaniya komandasıdır.

"Bütün bunlar yalnız bir şayiədir. Onlarda heç bir həqiqət yoxdur. Mən diqqətimi tam olaraq qarşıda Kipr milli komandası ilə keçirəcəyimiz oyuna yönəltmişəm. İndi başqa heç bir şey haqda düşünmürəm", - deyə "Sky Sport" Hazardın sözlərini sitat gətirib.

Daha əvvəl Eden Hazardın Real Madrid-ə keçməyə razılıq verdiyi barədə xəbər yayılıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs