15/04/2019
17:55
2019
| A A A
Qvardiola o vaxta qədər təqaüdə yollanacaq

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola Crystal Palace-la səfər oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, o, karyerasını nə vaxt bitirəcəyi ilə bağlı da suala cavab verib. Qvardiola Crystal Palace-ın baş məşqçisi Roy Hocson qədər məşqçilik etməyəcəyini qətiyyətlə bildirib:

"Hocson qədər məşqçilik etməyə hazıram? Qətiyyən. Mən özümü 71 yaşında məşqçi kimi görmürəm. O vaxta qədər təqaüdə yollanacağam. 71 yaşda məşqçi işləmək üçün xüsusi enerji lazımdır. Yeni nəsillər və yeni ideyalar gələcək. Həmin vaxt onları televizor qarşısından izləyəcəyəm. Hətta baş direktor və ya prezident də olmaq istəmirəm”.

71 yaşlı Hocson Premyer Liqa tarixində ən yaşlı baş məşqçidir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15459 səs