21/04/2019
13:55
2457
| A A A
Zidan transferlər haqda danışdı

"Mənə nəyin lazım olduğunu əla bilirəm. Klub rəhbərliyi ilə transferlər haqqında danışacağam. Amma kimləri transfer etmək istədiyimizi açıqlamayacam".

Goal.az xəbər verir ki, bu sözləri Real-ın baş məşqçisi Zinəddin Zidan yay transfer pəncərəsi planları haqda danışarkən deyib.

O bildirib ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres kluba qayıdan zaman onun qarşısına hər hansı şərt qoymayıb: "Biz nə etmək lazım olduğunu, həmçinin oyunçular haqda danışmışıq. Baxaq, hansı transferlər alınacaq. Amma dəyişiklik olacaq".

Zidan yeni futbolçular almaq üçün bəzi oyunçuları satacaqları iddialarına da münasibət bildirib: "Bu haqda danışmaq üçün bizə vaxt lazım olacaq. Bu, istənilən oyunçu ola bilər. Real həmişə ən yaxşı futbolçuları komandaya dəvət edir. Bu, klub üçün yaxşı mövsüm deyil. Vəziyyəti dəyişmək lazımdır".

Real-ın baş məşqçisi futbolçusu Qaret Beylin klubdakı gələcəyinin hələlik müzakirə etmədiklərini də vurğulayıb.

Qeyd edək ki, Real-ın Eden Hazard (Chelsea), Pol Poqba (Manchester United), Luka Yoviç (Benfica) və Matteys de Liqti (Ajax) transfer etmək istədiyi iddia olunur.

(qol.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15675 səs