23/04/2019
15:34
2763
| A A A
"Mənim üçün Benzema dünyanın ən yaxşı hücumçusudur"

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan futbolçusu Kərim Benzema haqda danışıb.

Goal.az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, o, fransalı oyunçunu dünyanın ən yaxşı hücumçusu hesab edib: "Benzemanın necə futbolçu olduğunu bilirəm. Bunu hər kəs bilir. Onun qolllarının sayı insanı heyrətləndirir. Ona görə çox şadam, amma uğurlarına təəccüblənmirəm. Mənim üçün Benzema dünyanın ən yaxşı hücumçusudur. Ancaq hər kəsin bu məsələ ilə bağlı öz fikri var".

Qeyd edək ki, 2009-cu ildn Madrid klubunda oynayan Benzema bu mövsüm  La Liqada 33 matçda 21 qol vurub 5 qolun ötürməsini verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22746 səs