25/04/2019
18:00
1908
| A A A
Mourinyo onu "əclaf" adlandıranlar barədə danışdı

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo karyerası barədə danışıb.

Goal.az xəbər verir ki, Mourinyo indiyə qədər karyerası ərzində qazandıqlarını qənaətbəxş hesab etdiyini bildirib. O, Londona qayıtdığını da etiraf edib:

"Mən Londona qayıtmışam. Ancaq bu o demək deyil ki, növbəti iş yerim məhz Premyer Liqada olacaq. Titullar gələcək uğurların təminatçısıdır. Kimlərsə bunu unutdurmağa çalışırsa, əbəs yerə əziyyət çəkirlər, heç nə alınmayacaq. Son titulumu il yarım əvvəl Avropa Liqasında qazanmışam. Ancaq bəzilərinə elə gəlir ki, bunun üstündən 20 il keçib. İndi gələcəyə hazırlaşıram. Oyunçular məni bir sözlə necə ifadə edərdilər? Kimlərsə məni "əclaf” adlandırardı. Ancaq onlar həm də məni seçirlər ki, qalib gəlsinlər. Mən birbaşa deyirəm: "Əgər qalib gəlmək istəyirsinizsə, onda danışıqlara başlaya bilərik”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15674 səs