08/05/2019
11:30
2046
| A A A
“Avropa Liqası təsəlli mükafatından başqa bir şey deyil”

İtaliya A Seriyasında mübarizə aparan Napoli-nin prezidenti Aurelio De Laurentis, baş məşqçi Karlo Ançelotti və UEFA Avropa Liqası haqqında açıqlama verib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub sahibi, Ançelottinin komandada gördüyü işlərdən razı olduğunu bildirib:

“Ançelottinin etdiklərinə görə xoşbəxtəm. Rəqibimiz Juventus Kriştiano Ronaldonu transfer etməklə səviyyəsini yüksəltdi. Napoli də böyük bir Avropa komandasının toplaya biləcəyi qədər xal topladı”.

Avropa Liqasının 1/4 final mərhələsində Arsenal-a məğlub olaraq mübarizəni dayandıran Napoli-nin prezidenti, turnirlə bağlı da danışıb:

“Çempionlar Liqası və Avropa Liqası hazırkı vəziyyətinə görə dəyişməlidir. Avropanın ilk 7 liqasından ümumlikdə 80 komandanın qatılacağı bir turnir olmalıdır. Artıq beynəlxalq liqalarda rəqabəti artıra bilmirik. Manchester City – TottenhamBarcelona – Liverpool oyunlarına diqqət edin, bu matçlarda həyəcan var. Çempionlar Liqasında 4-5 komanda məsələni həll edir, amma Avropa Liqası təsəlli mükafatından başqa bir şey deyil”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15870 səs