08/05/2019
12:13
1476
| A A A
Kontedən Roma açıqlaması

İtaliyalı mütəxəssis Antonio Konte Roma-nı çalışdıracağıyla bağlı yayılan xəbərləri təkzib edib.

Goal.az xəbər verir ki, Konte, İtaliya mətbuatına açıqlamasında, sözügedən iddialarla bağlı bunları deyib:

“Avropada təcrübə qazanmaq mənim üçün yaxşı oldu. Digər italyan mütəxəssislərə də məsləhət görərdim.

Qayıtmağa hazıram. Roma? Xeyr. Hələ ki, bu barədə düşünmürəm. Bəlkə də nə vaxtsa, ancaq hazırda bu barədə fikrim yoxdur”.

Son olaraq Chelsea-nin “sükanı arxasında” olmuş Kontenin Juventus-u çalışdırmaq istədiyi iddia edilir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16582 səs