08/05/2019
10:32
5719
| A A A
Klopp: "Bilmirəm bunu necə etdilər"

Liverpool Çempionlar Liqası yarımfinalının cavab matçında Barcelona üzərində 4:0 (4:3) hesablı qələbə qazanaraq finala yüksəlib.

Goal.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyundan sonra qələbəni şərh etdi: “Bu oyun, bu matç, bu, nədirsə başqa şeydir. Qarşılaşmadan əvvəl oyunçularıma dedim ki, mərhələni keçmək çox çətindir, amma əgər meydana çıxan sizsinizsə, deməli mütləq bir şans var. Həyatımda çox oyun keçirmişəm, amma beləsi həmişə olmur. Qarşınızda top-komanda var, qol buraxmadan çoxlu qollar vurmalısan. Sadəcə qələbə qazanmaq belə çox çətindir, o ki qala qol buraxmadan qalib gəlmək. Bilmirəm, uşaqlar bunu necə etdilər”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22443 səs