08/05/2019
14:31
4923
| A A A
Veynaldum: "Məni ehtiyatda saxladığına görə Kloppa əsəbiləşmişdim"

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə  Liverpool Barcelona üzərində inamlı qələbə qazanıb - 4:0.

Goal.az xəbər verir ki, fasilədən sonra meydana daxil olan hollandiyalı 54 və 56-cı dəqiqələrdə dubl edib.

Matçın ən yaxşısı seçilən Veynaldum oyundan sonra verdiyi açıqlamada futbolda imkansız deyə bir şeyin olmadığını bildirib: "Heçkim bizdən 4 qol gözləmirdi. Ancaq, biz hər kəsə futbolda imkansız deyə bir şeyin olmadığını göstərdik. Əslində, ehtiyatda qaldığım üçün təəssüflənirdim və Kloppa çox əsəbiləşmişdim. Sonra məni oyuna daxil etdi. Meydana ayaq basdığım an öz-özümə "nəsə etməliyəm" deyirdim. Ardınca 2 qol vurdum. Bu, möhtəşəm bir komanda performansı idi. Turu keçəcəyimizə inanırdıq, qələbə qazanacağımızı bilirdik".

Xatırladaq ki, Barselonada keçirilən oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdı.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16585 səs