10/05/2019
12:51
1301
| A A A
Sarri: "İngiltərə klublarının bu pilləyə gəlməsi böyük işdir"

Chelsea Avropa Liqasının yarımfinalında Almaniya Eintracht-ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Goal.az xəbər verir ki, əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib. 

Bu zaman Chelsea-dən Sezar Aspilikueta, Eintracht-dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiyələnib.

Oyundan sonra açıqlama verən zadəganların baş məşqçisi Maurisio Sarri oyunun möhtəşəm keçdiyini bildirib: 

"Açıq oyunda rəqib çox təhlükəli idi. Biz birinci hissədə ikinci qolu vura bilmədik. Daha sonra problemlər yaşadıq. Cavab görüşü bizim üçün yaxşı nəticələndi. Əlavə edilmiş vaxtda hər iki komanda yorulmuşdu. Sadəcə, möhtəşəm oyun oldu. İngiltərədəki rəqabət səviyyəsinin çox yüksək olduğunu bilirik. İngiltərə Liqa Kubokunda finala çıxmaq üçün LiverpoolTottenham-i mübarizədən kənarlaşdırmışdıq. Hansı ki, onlar Çempionlar Liqasının finalçılarıdır. Finalda isə Avropanın ən güclüsü olan Manchester City ilə qarşılaşmışdıq. İngiltərə klublarının mövsümün sonunda bu pilləyə gəlməsi böyük işdir. Çünki bu ölkədə mövsümboyu daha çox oyun olur. Bu gün 61-ci matçımıza çıxdıq. İtaliyada isə mövsüm ərzində 50-52 oyun keçirirlər. Arada böyük fərq var".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15870 səs