10/05/2019
13:49
4311
| A A A
Henrik Mxıtaryan Bakıya gələcək

UEFA Arsenal-ın erməni futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final görüşündə iştirakı ilə bağlı mövqeyini açıqlayıb.

Goal.az TASS agentliyinə istinadən xəbər verir ki, yarımmüdafiəçi həlledici qarşılaşmada iştirakla bağlı problem yaşamayacaq.

Qurumun mətbuat xidməti Mxitaryanın mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda iştirak edə biləcəyini vurğulayıb: “Futbolçuların UEFA bayrağı altında keçirilən yarışlar zamanı başqa ölkələrə getməsi üçün viza almasına görə assosiasiyalar, klublar və səfirliklər arasında yazışmalar təşkilat üçün standart prosedurdu. Bu məsələdə UEFA və Arsenal-ın istəyi ilə AFFA təsdiqləyib ki, oyunçunun ölkəyə girişi və orda olması ilə bağlı problem yaşanmayacaq, müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.

Qeyd edək ki, Arsenal və Chelsea komandaları arasında keçirilən Avropa Liqasının finalı mayın 29-unda Bakı Olimpiya Stadionunda baş tutacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16581 səs