12/05/2019
14:54
7520
| A A A
İdman Nazirliyindən Mxitaryan açıqlaması

Gənclər və İdman Nazirliyi Arsenal klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Goal.az xəbər verir ki, nazirliyin mətbuat katibi Səmayə Məmmədova açıqlamasında bildirib ki, deyilənlər heç bir reallığa sığmır.

Nazirlik rəsmisi fikirlərini belə əsaslandırıb:

"Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təlimatı ilə bağlı məktub göndərib".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada Arsenal-ın rəqibi Chelsea olacaq.

(report.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs