14/05/2019
15:55
2015
| A A A
Zlatan: "VAR-dan imtina etməliyik"

Los-Angeles Galaxy-nin hücumçusu Zlatan İbrahimoviç maraqlı açıqlama ilə yadda qalıb.

Goal.az xəbər verir ki, ESPN-ə danışan isveçli ulduz futbolçu New-York City ilə qarşılaşmada yaşananlara münasibət bildirib.

37 yaşlı forvard MLS çempionatı oyunu zamanı rəqib qapıçı Şoun Consonla problem yaşasa da, baş hakimin VAR-a baxmamasından gileylənib. O, ümumiyyətlə, bu sistemə qarşı çıxış edib: "Bir epizodda hakim mənim kobudluq etdiyimi bildirdi. Halbuki mən topa toxunmuşdum, rəqib müdafiəçi isə ayağıma vurmuşdu. Qapıçı ilə yaranmış problem zamanı isə ona toxunmadım. Daha sonra hakimə VAR-a baxmağı təklif etdim, çünki bu sistem belə epizodlar üçün lazımdır. Ancaq hakim bunu etmədi. Yalnız onu bilirəm ki, topa vurdum, qapıçıya toxunmadım. Əgər belədirsə, hesab edirəm ki, VAR-dan imtina etməli və ona ehtiyac duymamalıyıq".

Qeyd edək ki, görüş New-York City-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs