14/05/2019
17:40
1596
| A A A
Robben gələcək karyerası haqda açıqlama verdi

Cari mövsümün sonunda Bayern-dən ayrılacaq Aryen Robben gələcək karyerası ilə bağlı açıqlama verib.

Goal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, daha 4-5 il oynamaq istədiyini deyib:

“Oynamağa davam etmək istəyirəm, amma zədələr nə qədər imkan verər, bilmirəm. Azı 4-5 il də oynamaq istəyirəm.

Karyeram boyunca hər zaman kuboklar, titullar üçün mübarizə aparmışam. Buna görə də, ilk 5-likdən kənarda olan komandada oynaya bilərəmmi, bilmirəm. Karyeramı Avropada davam etdirmək seçimim var, təkliflər gəlib. Karyeramı ABŞ-da davam etdirmək ehtimalı da var”.

2009-cu ildən Münhen təmsilçisinin şərəfini qoruyan hollandiyalı futbolçu, keçirdiyi 305 oyunda 143 qol vurub. Bu müddət ərzində o, Çempionlar Liqası da daxil olmaqla, 18 kubok qazanıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs