23/05/2019
11:31
4038
| A A A
"Bakıda yerli azarkeşlər bizi dəstəkləyəcək" - David Luiz

İngiltərənin Chelsea komandasının futbolçusu David Luiz Arsenal ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə açıqlama verib.

Goal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “zadəganlar”ın Bakıdakı fanatlarının onları dəstəkləyəcəyini söyləyib: “Bakıya vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə apardıq. Bu, bizim əsas tapşırığımız idi. Böyük klubuq və bütün dünyada azarkeşlərimiz var. Azərbaycandakı azarkeşlərimizin finalı canlı izləmək və komandanı dəstəkləmək imkanı olacaq. Titul qazanmaq imkanı bizi və Arsenal-ı əla motivasiya edir. Böyük klubu təmsil edirsənsə, təzyiqdən heç yerdə gizlənə bilməzsən. Chelsea – nəhəngdir və təzyiq hiss edir, Arsenal da həmçinin. Titulu qazanmaq şansımız var".

Chelsea-nin oyunçusu Arsenal-ın siyasi məsələyə görə üzləşdiyi problemə də münasibət bildirib: "Qarabağ-a qarşı oynadığımız zaman Bakını gəzmək imkanımız oldu. Çox gözəl ölkədir. Qarabağ-a qarşı çıxış etmək bizim üçün xoş idi. Ancaq qərarlara da hörmətlə yanaşmaq lazımdır".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs