24/05/2019
10:00
3354
| A A A
Manchester City-dən Qvardiola açıqlaması - "yalandır"

Manchester City baş məşqçisi Xosep Qvardiolanın Juventus-la razılığa gəldiyi barədə yazılan xəbərləri təkzib edib.

Goal.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Alberto Qalassi "Sky Sport Italia"ya açıqlamasında xəbərə təəccübləndiklərini bilidirib: "İdarə heyətinin üzvü olaraq bu xəbəri oxuyanda təəccübləndim. Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır".

Xatırladaq ki, İtaliya mətbuatı Turin klubunun Qvardiola ilə 4 illik müqavilə imzalayacağı barədə razılığa gəldiyini yazmışdı.

Qvardiola 2016-cı ilin yayından Manchester City-ni çalışdırır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17070 səs