30/05/2019
14:44
7280
| A A A
Fabreqas məğlubiyyətdə Özili günahlandırdı

Monaco-da forma geyinən Sesk Fabreqas sabiq komandası Arsenal-ın Avropa Liqasının finalında Chelsea ilə keçirdiyi oyunu dəyərləndirib.

Goal.az xəbər verir ki, ispaniyalı futbolçu "topçular"ın məğlubiyyətini (1:4) komandadakı lider çatışmazlığı ilə əlaqələndirib.

O, xüsusən də, almaniyalı yarımmüdafiəçi Məsut Özili tənqid edib: "Səndə liderlik bacarığı ya olur, ya da olmur. Özil Real-da futbol tarixinin ən yaxşılarından olan Kriştiano Ronaldo da daxil olmaqla, top-oyunçuların əhatəsində idi. Onun da yüksək səviyyədə oynadığına şübhə etmirəm. Amma əgər Real, Barcelona və Bayern Munich kimi dünya nəhənglərini tərk edirsənsə, geri addım atırsan. Bu 3 klubda deyilsənsə, özünü daha yaxşı tərəfdən göstərməlisən, çünki ən yaxşıların əhatəsində deyilsən. Səni komandanın lideri olmağın üçün alıblar. Ancaq mənim fikrimcə, Məsutda bu xüsusiyyət yoxdur. Hər gün onunla birlikdə məşq etmirəm. Amma hesab edirəm ki, Məsut liderlik keyfiyyətinə sahib deyil".

Qeyd edək ki, Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçirilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34050 səs