31/05/2019
17:43
3854
| A A A
Arsenal-da çaxnaşma: Bakı finalının günahkarı kimdir?

Avropa Liqasının Bakda keçirilən final oyununda Chelsea-yə məğlubiyyət Arsenal cəbhəsində narazılıqlara səbəb olub.

Goal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "topçular" həlledici görüşdəki fiaskoya görə günahkar axtarışındadı.

Futbolçuların bir nömrəli hədəfi baş məşqçi Unay Emeri olub. Onun finaldakı heyət seçimindən narazı qalan bəzi oyunçular bunu açıq şəkildə büruzə veriblər. Yarımmüdafiəçi Məsut Özilin əvəzlənərkən türkcə "məşqçi falan deyil" deməsi diqqətdən qaçmayıb. Digər orta sahə oyunçusu Qranit Xakanın isə qarşılaşmadan sonrakı açıqlamasında "Emerinin bizə nə qatdığını bilmirəm. İndi şərh verməsəm, daha yaxşı olar", deməsi çox şeydən xəbər verir.

Arsenal azarkeşləri isə əksinə, futbolçuları günahlandırır. Sosial mediada ən çox tənqid olunan oyunçu Özil olub. "Kanonirlər"in fanatları Almaniya millisinin üzvünü Chelsea-nin vingeri Eden Azarla müqayisə ediblər: Chelsea-nin ulduzu 2 qol vurdu, 1 assist etdi. Həftəlik qazancı ondan 150 min funt-sterlinq çox olan bizim ulduzumuz Məsut isə meydanda gəzirdi".

1:4 hesablı yenilgini qəbul etməyən azarkeşlər dava-dalaş yaradıblar. Xüsusən də, London metrosunda fanatlar bir-birilərini hədəf seçiblər. Bu çaxnaşmanın qorxusundan əksər sərnişinlər ilk stansiyadaca qatardan eniblər. Yerli polis hadisə ilə bağlı araşdırmaya başlayıb. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs