01/06/2019
11:22
2135
| A A A
Tottenham-in futbolçusu komandasının oyununa bilet tapa bilmir

Çempionlar Liqasının final oyununda Liverpool-la qarşılaşacaq Tottenham-in futbolçusu Lukas Moura biletlə bağlı narazılıq edib.

Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu, İspaniyanın paytaxtı Madriddə keçiriləcək final matçı üçün klubdan istədiyi qədər bilet ala bilmədiyini deyib:

“Final matçı üçün 40 biletə ehtiyacım var. Ailəmi, dostlarımı və mənim üçün çox şey edən insanları final oyununa gətirmək istəyirəm. Amma mənə sadəcə 24 bilet verildi. Hətta Liverpool-un futbolçularından Alisson Bekker və Fabinyoya da yazmışam, amma onlar mənə kömək edə bilmədilər”.

Turnirin final matçı iyunun 1-də, saat 23:00-da başlayacaq.

(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17080 səs