02/06/2019
18:28
2358
| A A A
Çeferin: "Bəli, Bakıda stadion tam dolmamışdı"

UEFA prezidenti Aleksandr Çeferin Bakıda keçirilən Avropa Liqasının final oyunu ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, Çeferin, Chelsea ilə Arsenal arasında baş tutan final matçının (4:1) Bakıda keçirilməsinə olan etirazlar haqqında danışıb:

“Avropa Liqasının final matçını Bakıda keçirməyin səhv qərar olduğunu düşünmürəm. Futbol özü inkişafdır. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirmək istəyirik.

İnsanlar matçdan sonra stadionun tam dolmadığını deyirdilər. Bəli, final matçında stadion tam dolmamışdı. Oyuna ümumlikdə 51 min 370 nəfər gəlmişdi”.

Çeferin Arsenal-ın erməni futbolçusu Henrix Mxitaryanla bağlı da danışıb:

“Mxitaryan məsələsinə gəlincə, biz Azərbaycanın futbol federasiyasının və hökumətinin bütün zəmanətlərini almışdıq. Buna baxmayaraq, futbolçunun Bakıya getməməsi ilə bağlı qərarına da hörmətlə yanaşırıq”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs