04/06/2019
11:20
1791
| A A A
Petr Çex: "Azərbaycan futbolun populyarlaşdığı ölkədir"

"Mənim üçün acı məğlubiyyət oldu. Çünki bir futbolçu kimi son arzum Arsenal-la Avropa Liqasının qalibi olmaq idi. Təəssüf ki, bu baş vermədi. Amma etiraf etməliyəm ki, rəqib bizdən yaxşı oynadı və layiqli qələbə qazandı".

Bunu Çexiya yığmasının keçmiş qapıçısı Petr Çex deyib. Onun şərəfini qoruduğu Arsenal Avropa Liqasının final matçında Bakıda Chelsea-yə məğlub olub (1:4). Bununla Çex futbolçu karyerasını başa vurub.

37 yaşlı sabiq qolkiper ölkəsinin mətbuatına müsahibəsində Bakı Olimpiya Stadionunu bəyəndiyini söyləyib: "UEFA final görüşünün bu ölkədə keçirilməsini qərara alıb. Bakı, həqiqətən də, gözəl stadiona malikdi. Həmçinin Azərbaycan futbolun populyarlaşdığı ölkədi. Azarkeşlər üçün uğursuz seçim ola bilər. Hava limanının az təyyarə qəbul etməsi üzündən Londondan və Avropadan bir çox azarkeş gələ bilmədi. Halbuki final azarkeşlərin həyatlarının ən böyük anlarından biridi".

Qeyd edək ki, Petr Çexin tezliklə Chelsea-nin idman direktoru vəzifəsində fəaliyyətə başlaması gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17080 səs