04/06/2019
15:36
8293
| A A A
Ağır xəstəlikdən dönən Vircil van Deykin hekayəsi - O Liverpool-a keçəndə Hollandiya şokda idi...

Liverpool-un mərkəz müdafiəçisi Vircil van Deyk UEFA Çempionlar Liqasının ötən həftəsinin və İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçildi.

Goal.az dünyanın ən bahalı müdafiəçisi olan hollandiyalı futbolçunun həyat hekayəsini təqdim edir:

1991-ci ilin 8 iyununda Niderlandın Breda şəhərində anadan olmuş futbolçunun atası Ron van Deyk televizor ustası idi. Onun anası isə Niderlandın müstəmləkəsi olmuş Surinamdan olan Helen Fo Siudur. Anası hərbi polisdə xidmət edirdi. Ata oğlunu uşaq futbol komandasına qoyur və onu məşqlərə aparırdı. Lakin Vircilin 12 yaşı olanda valideynləri boşanıb və o, qardaşı Cordan və bacısı Ceniferlə birgə anası ilə qalmalı olub.

virgil van dijk worked restoran ile ilgili görsel sonucu

Uşaqlar bundan sonra ataları ilə əlaqələrini kəsirlər. Cordan və Cenifer analarının soyadını götürdülər. Vircil isə o vaxtdan soyadını formasının arxasına yazdırmır. Belə ki, onun formasına yalnız adı qeyd olunur.

Uşaq olanda onun oynadığı futbol məşqçiləri qane etmirdi, hətta ondan futbolu buraxmağı istəyənlər də vardı. İlk çıxış etdiyi aşağı yaş futbol komandası VDS'19-un məşqçisi Rik Kleynin sözlərinə diqqət kəsilək:

“Mən gördüm ki, onun bütün həyatı futbola həsr olunub. O, lider, fakturalı uşaq deyildi, ən əsası, olduqca astagəl idi. Ancaq o, 100 faiz futbola həsr etmişdi özünü, meydançada və məşqlərdə çox işləyirdi.

Atası Vircili özü ilə oyunlara gətirirdi, onda mənə elə gəlirdi ki, bu insanlar çox yaxındırlar, əla söhbət edirlər. Belə təəssürat yaranırdı ki, onların xoşbəxt ailəsi var. Buna görə də o, soyadını futbolkada yazdırmayanda təəccüblənmişdim”.

virgil van dijk father ile ilgili görsel sonucu

O, 16-17 yaşları olanda Bredadakı restoranlardan birində qab yuyurdu. Bunu məktəbdən sonra və Wilhem II klubunda məşqindən əvvəl edirdi. Onu şərqdəki Tilburq şəhərindəki məşqə getmək üçün 30 dəqiqə qatar səfəri gözləyirdi. Qayıdanda isə Bredadakı dəmiryolu vağzalında qoyduğu velosipedi minib 15 dəqiqəyə işlədiyi şəhərin ən bahalı rayonlarından birində yerləşən restorana çatırdı. O, burada qab yumaqla saata təxminən dörd avro və çay pulu alırdı.

Restoranın sahibi Jak Lips Vircili belə xatırlayır:

“O, yaxşı işçi idi. Öz işini düzgün və dəqiq görürdü. Həmişə burada lazımi anda olurdu, heç vaxt şikayətlənmirdi. İşdən sonra onun atası həmişə Vircili özü ilə restorana gətirirdi. Tez-tez ona deyirdim ki, çətin ki ondan futbolçu olsun. Axı məşqçilər Vircilin xüsusi istedadlı oğlan olmamasını və onun idmanda gələcəyinin olmadığını gizlətmirdi. Bunadək inana bilmirəm ki, ona görə 75 milyon funt ödənib, bu, inanılmazdır.

Xatırlayıram ki, o, bizim mətbəxdən gedəndə ona dedim ki, boş-boş danışmasın, axı o, məndə həmişə yaxşı pul qazana bilərdi. Birdən o qayıdar deyə nömrəsini və məlumatlarını saxladım. O, mənim qeyd kitabçamda “müvəqqəti əməkdaş” kimi də qalıb”.

2010-cu ilədək çıxış etdiyi Wilhem II də onun talantını üzə çıxara bilmir və klubu tərk etməyə məcbur edilir. Maraqlıdır ki, onun qovulması öz yaşıdları arasında olduqca bəstəboy olması ilə əlaqələndirilir. Vircil həmin günləri belə xatırlayır:

“Orada bir mövsüm keçirdim və sürətlə boy atdım. Halbuki bunadək mən bəstəboy sayılırdım. Mən qısa müddətə 20 sm böyüdüm və akademiyadan buna görə uzaqlaşdırılmadığıma görə minnətdaram. Bir az asta idim. Onlar da düşündü ki, olduqca kiçiyəm. Ona görə də məni sağ cinahda yoxladılar, sonra isə məni qovmadılar.

Onda 16 yaşım vardı. Mənim üçün çox təhlükəli an idi. Çünki onlar mənim akademiyadan kənarlaşdırılmağım barədə danışırdılar. Komandada ən pis oyunçulardan biri idim. Asta, kiçik idim, futbol üçün yaxşı deyildim. Ancaq növbəti mövsüm 20 sm böyüdüm. Onlar mənə daha bir şans verdi, mən də bundan hər iki əlimlə bərk yapışdım. Komandanın kapitanı oldum”.

Bununla belə, onu əsas komandaya dəvət etmirlər. Beləcə, Vircil 2010-cu ildə “Qroninqen”in gənclər komandasına qoşulur. O, tezliklə əsas komandaya yüksəlir. Onun əvvəlki komandası isə indiyədək əsas heyətdə ona şans verməməsi ilə bağlı mətbuatın zənglərinə cavab vermək istəmir.

virgil van dijk liverpool champions league cup ile ilgili görsel sonucu

Bununla belə, həmin vaxt Wilhem II-nin baş məşqçisi olmuş Alfons Xrunendeyk bunu belə izah edir:

“Vircil U-19 komandasında olanda 17 yaşında idi. Bizim yüksək liqada yerimizi qorumaqla bağlı problemlərimiz vardı. O, gənclər komandasında idi və onun heç vaxt necə oynadığını görməmişdim. Ən əsası, uzun müddət bizdə belə bir oyunçunun olduğunu hətta bilməmişəm. Hansısa mərhələdə eşitdim ki, U-19-da bir neçə istedadlı uşaq var. Ancaq heç kim yaşamaq uğrunda mübarizə aparan komandaya uşaqları gətirməyin yaxşı ideya olduğunu düşünmürdü.

KİV-də Vircilin gedişində mənim günahkar olduğum yazılır. Ancaq mənim van Deyklə heç vaxt söhbətim olmayıb. O, heç vaxt birinci komanda ilə məşq keçməyib”.

Yeri gəlmişkən, Vilem II klubu hazırda Barcelona-ya 75 milyon avroya transfer olunmuş Frenk de Yonqa görə də qınanılır. Çünki bu klub 2015-ci ildə belə bir futbolçunun Ajax-a keçməsinə imkan verib.

Xrunendeyk daha sonra bunları bildirir:

“Etiraf etməliyəm ki, Vircil hamını təəccübləndirdi. Hollandiyadakı hər bir böyük klub van Deykin Liverpool-a böyük məbləğə keçidinə görə şokda idi. Onlardan heç kim onda potensial görmədi. Ajax, Feyenoord və PSV onun istedadını kəşf edə bilmədi. Fikrimcə, Vircil bütün təriflərə layiqdir”.

Van Deyk Erediviziyada 2011-ci ilin mayın 1-də Den Haag-a qarşı debüt edir. Groningen-in sabiq futbolçusu Tim Sparv komanda yoldaşının oyununu belə xatırlayır:

“Əvvəl o, əsas komandaya gələndə biz faktiki olaraq van Deykdən ilk növbədə hücumçu kimi istifadə edirdik. Xüsusilə oyunun sonlarında biz qol vura bilməyəndə. O, ucaboy idi, heç kim fikirləşməzdi ki, bu oğlan belə mükəmməl müdafiəçi olacaq. Biz Vircili son 10, 15, 20 dəqiqədə meydana buraxırdıq ki, o, rəqib oyunçular arasında xaos yaratsın”.

Groningen-də olanda da onun üçün uğurlu olduğunu demək olmaz. Çünki onun sağlamlıqla bağlı problemləri vardı. Van Deyk kor bağırsaq, peritonit, böyrək infeksiyası və mədə xorasından əziyyət çəkirdi. Onda o düşünürdü ki, bu, onun idman karyerasının sonudur:

“İndiyədək xatırlayıram ki, bu çarpayıda necə uzanmışdım. Bədənim dəhşətli dərəcədə idi və mən heç nə edə bilmirdim. Həyatım təhlükədə idi. Anamla Allaha dua edirdik və mümkün ssenariləri müzakirə edirdik. Hansısa anda mənə bir neçə sənədi imzalamaq lazım gəldi. Bu, mənim vəsiyyətnaməm idi.

Əgər ölsəydim, pulum və əmlakım anama çatacaqdı. Təbii ki, heç kim bu barədə danışmaq istəmirdi. Ancaq biz bunu etməli idik. Heç kim bilmirdi ki, xəstəliyim necə nəticələnəcək”.

İlgili resim

Xoşbəxtlikdən Vircil əməliyyatdan sonra təkcə sağalmadı, həm də futbola qayıtdı. O, ağır xəstəlikdən sonra tamamilə bərpa olub yeni səviyyəyə yüksəldi. İki ildən sonra Groninqen 3 milyon avroya onu Şotlandiyanın Celtic klubuna satdı. Ancaq onda Groningen də bilmirdi ki, bu futbolçunun qiyməti gələcəkdə bundan da artıq olacaq...

Groningen-də ikinci ildə onun baş məşqçisi olmuş Robert Maaskant onun barədə belə deyir:

“Əvvəlki klubları onun istedadını dəyərləndirə bilmədi. Mən necə oynadığını görəndə onu meydana buraxacağıma dair heç bir şübhəm olmadı. O, əla şəxsiyyət, əla oğlan olsa da, bir az diqqətsiz idi. Fikrimcə, o, PSV-yə keçə bilərdi. Bu komanda ilə bir neçə oyunda səhvə yol verdi və Eindhoven-dən olan skautlar dərhal onun güclü klubda oynamaq xüsusiyyətinin olmadığını dedilər. Bəli, ilk üçlük komandaları ilə oyunlarda da o, özünü çox yaxşı göstərmədi. Hamı düşündü ki, o, zəif müdafiəçidir və yaxşı klub səviyyəsində deyil”.

İlgili resim

Bununla belə, həmin vaxt van Deykin Hollandiya böyük klublarının hədəfinə düşməməsinə başqa səbəb də olub. Maaskantı dinləyək:

“Hollandiya U-21-i 2012-ci ilin avqustunda İtaliya ilə oynadı və 0:3 hesabı ilə darmadağın edildi. Onları italyan mərkəz hücumçuları, sadəcə, məhv etdilər. Güclü klubların skautları həmişə belə matçlara baxır. Müdafiəçilərin zəif oyunundan başqa, onlar orada nə görə bilərdilər ki? Düzdür, bu hesab tamamilə onun günahı deyildi. Ancaq əgər siz müdafiəçisinizsə, 0:3 çox da yaxşı görünmür”.

Celtic-də onu kəşf etmiş Con Park isə bu anı belə xatırlayır:

“Sizə lider, meydançada danışan adam tapmaq lazımdır. Videoya baxmaqla siz onların necə meydançada ünsiyyətdə olduğunu görə bilməzsiniz. Matça gedib futbolçunun həmin anlarda özünü necə aparmasını, topsuz və diqqət mərkəzindən uzaqda nə vaxt qərar verməsini görməyiniz lazımdır. Sonra biz videoları toplayırıq, yekun təhlilləri aparırıq və bunu qiymətləndirib bunun hamısını məşqçilər heyətinə çatdırırıq.

Vircil özünə əmin idi. Görürdüm ki, o, meydançada düşünür, təkcə topla qaçmır və özüm-özümə dedim:

“Yaxşı, mən bu oğlanın uğurlarını izləməyə çalışıram, əgər birdən alınmasa, Hollandiyadan digər müdafiəçilərə diqqətimi yönəldərəm”.

Birdən Vircil nəzarətdən çıxaraq müdafiəçiləri məyus edir. Heç bir şübhə yoxdur ki, van Deyk futbolda "Rols Roys"dur”.

virgil van dijk southampton ile ilgili görsel sonucu

2013-2015-ci illərdə Celtic-lə ikiqat Şotlandiya çempionu olan van Deyk 2015-ci ilin 1 sentyabrında İngiltərəyə yol açır. O, burada Southampton-la beş illik müqavilə bağlayır. 2017-ci ilin 27 dekabrında isə onun Liverpool-a 75 milyon funta transfer olunduğu açıqlanır. Bu transfer məbləğindən Celtic də 10 faiz qazanır. Bu transfer məbləği isə onun dünyanın ən bahalı müdafiəçisi adını almasına səbəb olur.

virgil van dijk liverpool ile ilgili görsel sonucu

“İngiltərədə onu bədən quruluşu və oyun tərzinə görə daha tez kəşf etdilər. O, yeniyetmə illərində orada yaxşı ola bilərdi. Hollandiyada hamı meydanda uşaqlıqdan yalnız parlaq və effektli oyun göstərən texnikalı oyunçuları görmək istəyir. Van Deyk o ölkədə doğulmamalı idi”, – deyə Rob Maaskant deyir.

Tərcümə: Oxu.az

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs