08/06/2019
13:56
3081
| A A A
“Abramoviçə bir deyil, iki xəyalımı gerçəkləşdirdiyi üçün təşəkkür edirəm” – Hazard

Real Madrid-ə keçidi rəsmiləşən Eden Hazard açıqlama verib.

Goal.az xəbər verir ki, 28 yaşlı futbolçu, sosial şəbəkə hesabından etdiyi paylaşımda bunları yazıb:

“Artıq Real-a transfer olundum. Uşaqlıqdan bu klub üçün oynamağı arzuladığım heç kimə sirr deyil. Chelsea-dən ayrılmaq karyeram ərzində verdiyim ən böyük və ən çətin qərardır. “Çelsi”də olduğum müddətdə heç zaman başqa bir kluba getməyi düşünməmişəm. Bura gələndə 21 yaşım vardı, bir insan və bir futbolçu kimi bu klubda böyüdüm, bura Belçika millisinin kapitanı olmağa kömək etdi. Şübhəsiz ki, həm komanda, həm də mənim üçün çətin vaxtlar da oldu, amma bu, futboldur. Zəif oynadığım zamanlarda belə, inanılmaz dəstəyinizə görə təşəkkür edirəm.

“Çelsi” forması ilə bir çox unudulmaz anlarım oldu, mən hər bir mükafatın siyahısını tuta bilmərəm, amma deyə biləcəyim tək şey mükafatların, komandanın, fərdlərin inanılmaz olmasıdır. Chelsea və bu klubun azarkeşləri hər zaman mənim üçün xüsusi olacaq.

Klubdakı hər kəsə minnətdaram. Klubun sahibi Roman Abramoviçə isə bir deyil, iki xəyalımı gerçəkləşdirdiyi üçün təşəkkür edirəm. Birincisi, Chelsea futbolçusu olduğum, ikinci isə bu gün Real-ın futbolçusu olduğum üçün”.

Peşəkar karyerasına 2007-ci ildə Fransanın Lille klubunda başlayan Hazard 2012-ci ildən Chelsea-də çıxış edirdi. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs