09/06/2019
14:29
3140
| A A A
"Barcelona-dan Qrizmann üçün təklif..." - klub prezidenti

Atletico Madrid-in prezidenti Enrike Sereso futbolçusu Antuan Qrizmann haqda danışıb.

Goal.az xəbər verir ki, klub rəhbəri fransalı oyunçunun bu yay Madrid təmsilçisindən ayrılacağını açıqlamasına baxmayaraq, onun üçün rəsmi təklif almadıqlarını deyib:

"Barcelona-dan Qrizmann üçün təklif almamışam. O, hara gedəcək, bilmirəm. Bununla bağlı heç bir fikrim yoxdur. Qrizmannın Atletico-da əla gələcəyi var idi. Qərarına hörmət edirik".

Qeyd edək ki, Kataloniya klubunun futbolçularının Qrizmannın transferinə qarşı olduğu iddia olunur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17620 səs