10/06/2019
13:17
5925
| A A A
Ronaldodan De Liqtə Juventus məsləhəti

UEFA Millətlər Liqası finalında Portuqaliya Hollandiyanı (1:0) məğlub edərək ilk çempion olub.

Goal.az xəbər verir ki, matç başa çatdıqdan sonra Portuqaliya millisinin və Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo ilə hollandiyalı Matteys de Liqt arasında dialoq olub.

Ajax-ın kapitanı Ronaldonun ona Juventus-a keçməyi məsləhət gördüyünü deyib: "Əvvəlcə Ronaldonun nə dediyini anlamadım. Bir az şoka düşdüm və təəccübləndim. Daha sonra güldük, heç nə demədim".

Xatırladaq ki, de Liqt Barcelona başda olmaqla bir çox klubların hədəfindədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs