12/06/2019
10:27
874
| A A A
Hamşik: "Bizə 1 qol da bəs idi"

"Bizim üçün vacib qələbə idi. Çox yaxşı oynadıq və 5 qol vura bildik. Yaxşı komanda oyunu göstərdik".

Goal.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin kapitanı Marek Hamşik jurnalistlərə açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 1:5 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi belə bir hesabla qalib gələcəklərini gözləmədiyini söyləyib:

"Əsas odur ki, qələbə qazandıq və buna görə sevinirik. Yaxşı qollar vurduq və buna görə də məmnunuq. 1:0 hesablı qələbə də bizə kifayət edirdi. Əsas odur ki, vacib qələbə qazandıq".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs