12/06/2019
10:50
1184
| A A A
Ramil Şeydayev: "Pis oynadıq, uduzduq"

"Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə kifayət etmədi".

Goal.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Zəif çıxış etdiklərini söyləyən futbolçu çox işləməli olduqlarını bildirib:

"Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq".

Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Paltardəyişmə otağında heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı. İçəridə AFFA rəhbərliyindən kimsə yox idi".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17750 səs