12/06/2019
15:18
2228
| A A A
"Hələ Barcelona-ya keçməyin vaxtı deyil" - de Liqt
Yay transfer dönəminin ən önəmli futbolçularından biri də Matteys de Liqtdir. 
 
Goal.az xəbər verir ki, Ajax-ın kapitanı ilə bir neçə Avropa nəhəngi ciddi maraqlanır.  Favorit Barcelona hesab olunsa da, futbolçu gələcək karyerası ilə bağlı qəti qərar verməyib: 
 
"Əlbəttə, Messi ilə bir komandada çıxış etmək əla olardı. Ancaq mənim üçün ən uyğun olan variantı seçməliyəm. Onların əla müdafiəsi var. Ancaq mən rəqabətdən qorxmuram. Özü də belə klubda rəqabətin olması tam məntiqlidir.  Məsələ pulda deyil. Ola bilsin ki, hələ Barcelona-ya keçməyin vaxtı deyil. Bütün hallarda, məzuniyyətdə olduğum zaman təklifləri bir daha dəyərləndirib, qəti qərar verəcəyəm”. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17756 səs