16/06/2019
15:58
4126
| A A A
Buffon PSG-dən niyə ayrılıb?

Canluici Buffon PSG-dən ayrılmasının səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, əfsanəvi qapıçı əsas heyətdə oynamaq istədiyi üçün bu addımı atdığını bildirib:

"5 ay öncə PSG-də mənə ikinci qapıçı olmaq təklif edildi. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtım var idi. Sonda belə qənaətə gəldim ki, bu, mənlik deyil. Bu səbəbdən böyük pullardan imtina etdim və müqaviləmi uzatmamaq qərarına gəldim. PSG-nin təklifi tamamilə qanuni, anlaşılan və cəlbedici idi. Amma dediyim kimi, oynamaq istəyirəm. Paris klubundan ayrıldıqdan sonra bir neçə yaxşı təklif almışam".

Qeyd edək ki, Buffon PSG-ə 2018-ci ilin yayında Juventus-dan keçmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs