25/06/2019
20:11
4823
| A A A
“…mən heç nə edə bilmirəm” – Xames

Bayern-də icarə əsasında keçirdiyi iki mövsümün ardından müqavilə ilə məxsus olduğu Real-a qayıdan Xames Rodriqes açıqlama verib.

Goal.az xəbər verir ki, son günlər adı Napoli ilə yanaşı çəkilən kolumbiyalı futbolçu, gələcək karyerası ilə bağlı qərarı “kral klubu”nun verəcəyini deyib:

“Hazırda hansı kluba transfer olunacağımı bilmirəm. Bu qərar klubuma bağlıdır. Klubda hər mövzuda qərar verən çox insan var və mən heç nə edə bilmirəm”.

Son iki mövsümü icarə əsasında Bayern-də keçirən Xames, geridə qalan mövsümdə iştirak etdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs