03/07/2019
12:08
1610
| A A A
"Azərbaycandan təklif almışam" - Gürcü hücumçu

Kutaisi Torpedo-sunun hücumçusu Budu Zivzivadzenin karyerasını ölkəmizdə davam etdirmək variantı olub.

Bunu 25 yaşlı forvard özü deyib.

Qazaxıstan mətbuatına açıqlama verən Gürcüstan millisinin üzvü həm bu ölkədən, həm də Azərbaycandan təklif aldığını etiraf edib. Ancaq o, bu ölkələrə köçmək niyyətində deyil.

Zivzivadze eyni zamanda Torpedo-da qalmaq istəmədiyini də vurğulayıb: "Ayrılmaq istəyirəm və bunu gizlətmirəm. Çünki konkret təklifim var. Klub prezidenti Zaza Çaçava ilə də görüşmüşəm. Necə olacağını bilmirəm. Qaçmaq istəmirəm, amma transfer vərəqəmi də vermirlər. Çünki klubla sözləşmə müddətim gələn ilə qədərdir. Avropanın orta səviyyəli klubundan təklif almışam, ora getmək istəyirəm. Qazaxıstan və Azərbaycandan gələn təklifləri rədd etdim. Orda oynamaq istəmirəm. Klubumla müqaviləni birtərəfli ləğv etməyə müsbət baxmıram. Ayrılmaqda israrlıyam, amma klubum buraxmır".

Qeyd edək ki, Budu Zivzivadzenin adı bir müddət əvvəl Qəbələ ilə birgə hallanırdı. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35727 səs