03/07/2019
15:43
3233
| A A A
Milan-ın maraqlandığı futbolçu Real Madrid-də qalacaq

Real Madrid-in futbolçusu Dani Sebalyos İspaniya mətbuatına açıqlama verib.

Goal.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan 23 yaşlı futbolçu, Real-dakı gələcəyi haqda bunları deyib:

“Komandanızda Toni Kroos və Luka Modriç kimi futbolçular olduğu halda, 23 yaşlı birinin klubda vacib elementlərdən biri olması çətindir. Ancaq qəti fikrim var, növbəti mövsüm üçün hədəflərimi müəyyənləşdirmişəm. Ehtiyat oyunçular skamyasında əyləşmək istəmirəm. Artıq mənim vaxtım gəlib.

Yeni mövsümdə ən azı 40 oyunda iştirak edəcəyimi düşünürəm. Real-da 23 futbolçu var və onlarla rəqabət aparmalısan. İki il ərzində 55-60 oyunda olmuşam. Artıq öz bacarıqlarımı göstərmək istəyirəm.

“Real-la 4 illik müqaviləm var və ayrılmağı düşünmürəm. Bu komanda ilə uğurlar qazanmaq istəyirəm”.

Qeyd edək ki, bir müddət öncə futbolçunun Milan-a keçəcəyi deyilirdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35735 səs